Bir-birini təkrarlayan QADINLARIMIZ – Estetik əməliyyatlara maraq niyə ARTIR?

Hazırda oxunan: Bir-birini təkrarlayan QADINLARIMIZ – Estetik əməliyyatlara maraq niyə ARTIR?

229911

Son vaxtlar insanların müxtəlif estetik əməliyyatlara maraqları daha da artıb. Qadınların əksəriyyəti bədənlərinin, üzlərində burunlarının, çənələrinin, dodaqlarının da formasını dəyişdirmək marağındadırlar. Hətta son dönəmlərdə badəm göz əməliyyatı vasitəsilə gözlərin az miqdarda yuxarıya çəkilərək iri görünməsi daha da populyarlaşıb.  
 

MÖVZU İLƏ BAĞLI:

5 ildən bir sertifikasiyadan keçən ESTETİK CƏRRAHLAR – Onların diplomları necə YOXLANILIR?

 


Əslində, dik burun, çəkici gözlər və s günümüzdə xüsusilə sosial şəbəkələrdə trend olan “gözəllik standartlarının” tələbləridir. Ancaq bu standartları kimlərin müəyyən etdiyi, insanların bu tələblərə uyğunlaşmaq cəhdləri hələ də tam anlaşılmayan məsələlərdir. Artıq qadınların çoxu bir-birinə bənzəyir, demək olar ki, günümüdə özünəməxsusluğu, fərqliliyi olan insanlara çox az rast gəlirik.

Bizim.Media məsələylə bağlı sosioloq Üzeyir Şəfiyevin də fikirlərini öyrənib. Sosioloq insanların ənənəvi cəmiyyətlərdə bir-birlərinin hərəkətlərini təqlid etməyə həvəsli olduqlarını qınayıb:

“Xüsusilə, Azərbaycan kimi ənənəvi cəmiyyətlərdə kütlə psixologiyası daha da kütləvi hal alır. Müxtəlif əməliyyatlar dərhal sürətli şəkildə cəmiyyətdə təqlid olunur, mənimsənir. Məsələn, badəm göz, bədən şəkilləndirmə əməliyyatları və ya siqaretə meyillənmək kimi pis vərdişləri göstərmək olar. Fərdlərin bu hərəkətləri təkrar etməsinə "Bandwagon effekti" deyilir. İnsanlar bəzən düşünürlər ki başqalarının etdiklərini onlar da təkrarlamalıdırlar. Çünki əks halda, geridə qalmış kimi qiymətləndirilə bilərlər”.

Sosioloq təqlid psixologiyasının həmişə özünü doğrultmadığını da vurğulayıb:

“İnsanlar bundan qaçmaq üçün kütlə psixologiyası ilə emosional qərar verməməlidirlər. Fərd qərar vermədən qabaq alternativləri düşünməli, bu qərara sosial təzyiqin nə qədər olduğunu, özü, sağlamlığı üçün hansı nəticələrinin olacağını bilməlidir”.

Üzeyir Şəfiyev adıçəkilən əməliyyatların çoxalmasında marağı olan şəxslərdən də danışıb:

“Dəb psixologiyasında marağı olan işbazlar, satıcılar, həkimlər, kosmetik əməliyyatlar həyata keçirən personallar bu meyilləri müxtəlif yollarla ötürüb, təşviq edirlər ki, insanların maraqları artsın. Amma əsas məsələ  sağlamlıqlarıdır. İnsanın həm bədən, həm də ruh olaraq özünəməxsusluğu olmalıdır, o, orjinallığı ilə məna kəsb edir. Bədən şəkilləndirmə, badəm göz, burun və s əməliyyatlardan sonra  cəmiyyətdə hər kəs bir cüt kimi olur, insanları eləcə də xanımları fərqləndirmək olmur. Hesab edirəm ki, bu heç də müsbət, effektiv mənzərə deyil”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin