Xaçmazın sabiq icra başçısı Şəmsəddin Xanbabayev bu gün vəfat edib.
Bunu bloger Osman İmamov Bizim.Media-nın yerli bürosuna məlumat verib.
Sabiq icra başçısı bu gün Xaçmaz şəhərində dünyasını dəyişib.
Şəmsəddin Xanbabayevin yaxınları da faktı təsdiq edib.
Qeyd edək ki, Şəmsəddin Xanbabayev 1939-cu ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aşağı Əndəmic kəndində anadan olub. 1992-2000-ci illərdə Naxçıvan Muxtar Respublikasının Baş naziri, 2000-2004-cü illərdə isə Azərbaycan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifələrində çalışıb.
2004-cü ildə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 2019-cu ildə icra başçısı vəzifəsindən azad edildikdən sonra Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının sədri vəzifəsində çalışıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.