Sumqayıtda 16 yaşlı yeniyetmənin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə Ş. Bədəlbəyli küçəsində qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən 2009-cu il təvəllüdlü M. Fatiməni avtomobil vurub.
Piyada Sumqayıt şəhər uşaq xəstəxanasına çatdırılıb.
Fakt araşdırılır.
Bizim.Media