Qısa müddətdə həddindən çox çəki atan şəxsləri gördükdə onlar bunun səbəbini yemək yeməməklə və gün ərzində sadəcə bir dəfə qida qəbul etməklə əlaqələndirirlər. Amma mütəxəssislər bu yolun qəti şəkildə ziyanlı olduğunu vurğulayırlar.
Bizim.Media-ya açıqlama verən diyetoloq Leyla Zülfüqarlı da bu fikirləri təsdiqləyib və bu yolla arıqlamağa çalışanlara xəbərdarlıq edib.
MÖVZU İLƏ BAĞLI:
Arıqlamaq üçün bu vitaminlərdən istifadə edin – SİYAHI
“Ac qalmaq xroniki xəstəliklərə dəvətdir”
“Heç yeməmək, ac qalmaq arıqlamağın yolu deyil. Bu xroniki xəstəliklərin yaranmasına səbəb ola bilər. İnsan yemək yemədiyi, orqanizminə maddə daxil olmadığı üçün ilk növbədə əzələsi parçalanır”.
“Bəzi şəxslər düşünür ki, ac qalsalar, bədəndəki yağlar parçalanar. Bu fikir düzgündür” sualına ekspert belə cavab verib:
“Xeyr, yağ ən sonda parçalanır. Hazırda gündə bir dəfə yemək qəbul etmək dəbdədir. Halbuki burda müvəqqəti nəticə əldə oluna bilir. Çünki insan uzun müddət ac qalır, bir dəfə yedikdən sonra isə bu, sağlam yox, anoreksik arıqlama olur”.
Leyla Zülfüqarlı onu da əlavə edib ki, arıqlamaq üçün ac qalmaq əvəzinə, köklüyü yaradan səbəbləri müalicə etmək, balanslı şəkildə rasional bəslənmək lazımdır.
Nəzrin Mirzəyeva, Bizim.Media