Salyanda meyiti parçalanan kişini oğlu QƏTLƏ YETİRİBMİŞ - TƏFƏRRÜAT - VİDEO

Hazırda oxunan: Salyanda meyiti parçalanan kişini oğlu QƏTLƏ YETİRİBMİŞ - TƏFƏRRÜAT - VİDEO

229781

Xəbər verildiyi kimi, prokurorluq və polis əməkdaşlarının birgə fəaliyyəti nəticəsində ötən ilin dekabrın 18-də itkin düşmüş Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Röyal Hüseynovun qəsdən öldürülməsi müəyyən olunub. Röyal Hüseynovun meyitinin olduğu yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin edilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Baş Prokurorluğun Mətbuat xidməti yayıb.

İstintaqın ilkin mərhələsində Röyal Hüseynovun arvadı 1986-cı il təvəllüdlü Mətanət Hüseynova cinayəti törətməkdə şübhəli şəxs qismində saxlanıb, lakin növbəti gün davam etdirilən intensiv istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunan sübutlarla cinayətin zərərçəkmişin yetkinlik yaşına çatmayan oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Mətanət Hüseynova sərbəst buraxılıb, cinayəti törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan şəxs təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq davam etdirilir.



Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin