Azərbaycanda DƏHŞƏT: Qadın sevgilisini nikahdan imtina etdiyi üçün öldürübmüş

Hazırda oxunan: Azərbaycanda DƏHŞƏT: Qadın sevgilisini nikahdan imtina etdiyi üçün öldürübmüş

229755

Qeyri-rəsmi birlikdə yaşadığı kişini öldürməkdə ittiham olunan Ruhiyyə Tahirovanın cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib. 
 

Çıxışda deyilir ki, xanım müttəhim onunla nikaha girməkdən imtina edən sevgilisini qəsdən həyatdan məhrum edib. O, cinayət aləti kimi bıçaqdan istifadə edib. Verilmiş ittiham məhkəmə yolu ilə də təsdiqini tapıb. 


Prokuror Ruhiyyə Tahirovanın qəsdən adam öldürməkdə təqsirli bilinərək 12 il 6 ay azadlıqdan məhrum edilməsini tələb edib. Müdafiə tərəfinə çıxışa hazırlanması üçün vaxt verilib. 

Qeyd edək ki, hadisə ötən ilin mayın 30-da baş verib. 

İttihama görə, 49 yaşlı Ruhiyyə qeyri-rəsmi münasibətdə olduğu, özündən 10 yaş böyük Samir İsrafilovun onunla evlilikdən imtina etməsini təhqir hesab edib. Həmin səbəb də bu cinayətin baş verməsinə gətirib çıxarıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin