Goranboyda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə rayonun Faxralı kəndində qeydə alınıb.
Kənd sakinləri - 1983-cü il təvəllüdlü Ş.Əsgərov, 1987-ci il təvəllüdlü H.Qocayeva, 2014-cü il təvəllüdlü Ç.Əsgərov və 2016-cı il təvəllüdlü Ə.Əsgərov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilib.
Məlumata görə, ailə üzvləri yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, Sumqayıtda da 3 azyaşlı olmaqla bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.
Bizim.Media