Bakıda 35 yaşlı qadın falçının qurbanı oldu - TƏFƏRRÜAT

Hazırda oxunan: Bakıda 35 yaşlı qadın falçının qurbanı oldu - TƏFƏRRÜAT

229715

Bakıda 35 yaşlı qadın falçının qurbanı olub.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtın Xətai rayon sakini olan, 35 yaşlı qadın müşkülə düşən işlərini yoluna qoymaq üçün falçı axtarıb.

Onun iddiasına görə, 3 ay müddətində falçıya 12 min manat pul verib. Əvəzində Natiq adlı falçı ona müxtəlif dualar yazıb.

Qadın özəl musiqi dərsləri alır, ifaçılıq sənətinə yiyələnmək istəyir. İddiasına görə, falçını da elə dolanışıq üçün axtarıb və ona inanaraq zinət əşyalarını satıb, işlərinin düzələcəyinə inanıb. Amma, 1 il ərzində nə işi düzəlib, nə də pulu geri qaytara bilib.

Gənc qadın iddia edir ki, Natiq adlı şəxs Bakıda müxtəlif mənzilləri iki günlük kirayə edib fala baxırmış. İndi o telefonlarını açmır, kirayə yaşadığı ərazini isə tərk edib.

İlahiyyat İnsitutundan məzun olduğunu iddia edən Natiq Sabirabad rayonunun Çiçəkli kəndində ruhani kimi fəaliyyət göstərdiyini bildirib. Deyilən iddiaların isə həqiqətlə heç bir əlaqəsi olmadığını deyib.

Hazırda fakt Xətai Rayon 34-cü polis bölməsi tərəfindən araşdırlır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin