Burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyat olunan 30 yaşlı Nəzrin Mansurova komadan ayılmayıb və vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə modern.az-a mərhumun ailəsi məlumat verib.
Ailənin sözlərinə görə, əməliyyatdan sonra Nəzrinin vəziyyəti sürətlə pisləşib və beyninə çirk yayılıb.
Xatırladaq ki, yanvarın 3-də cərrah Sənan Mehdiyev tərəfindən keçirilən əməliyyatdan bir gün sonra onun vəziyyəti ağırlaşıb.
Qeyd edək ki, bu, cərrah S.Mehdiyevlə bağlı ilk hadisə deyil. 2015-ci ilin martında həmin həkimin əməliyyat etdiyi 18 yaşlı Leyla Mürsəlova klinikada vəfat etmişdi. Ailəsinin uzun müddət davam edən şikayətlərindən sonra hadisə araşdırıldı və S.Mehdiyev 8 ay 23 gün müddətinə azadlıqdan məhrum edildi. Lakin onun azadlıqdan məhrumetmə cəzası əvvəllər barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ilə əvəzləndi və cəzası çəkilmiş hesab olundu.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:43 / 12.01.2025
Burnundan əməliyyat olunan 30 yaşlı Nəzrin Mansurova vəfat etdi
Hazırda oxunan: Burnundan əməliyyat olunan 30 yaşlı Nəzrin Mansurova vəfat etdi
Hazırda oxunan: Burnundan əməliyyat olunan 30 yaşlı Nəzrin Mansurova vəfat etdi
229643
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.