Xəzər dənizi 50 ildə necə dəyişib? - FOTO XRONİKA

Hazırda oxunan: Xəzər dənizi 50 ildə necə dəyişib? - FOTO XRONİKA

229618

Lada.kz nəşrinin redaksiyasına bir sakin yarım əsrdir müşahidə etdiyi  daşın fotoşəkilini göndərib. Daş təxminən 1975-ci ildə kameraya çəkilib. Kadrlar dənizin son 50 ildə nə qədər geri çəkildiyini göstərir.

Bizim.Media xəbər verir ki, 1975-ci ildə çəkilmiş fotoda “qəhrəman” (daş nəzərdə tutulur) sözün əsl mənasında dəniz sahilindən bir metr aralıda dayanır.
 

Açıq mənbələrdə dərc olunan məlumatlara görə, 1930-cu ildən 1977-ci ilə kimi Xəzər dənizində suyun səviyyəsində azalma müşahidə olunub, sonra su 1995-ci ilədək geri qayıdıb. Bundan sonra suyun səviyyəsi yenidən düşməyə başlayıb.


Bu gün, yanvarın 11-də çəkilmiş fotodan görünür ki, Xəzər 50 il əvvəlkindən daha da geri çəkilib, lakin bəzi ekspertlər gələcəkdə vəziyyətin yaxşılaşacağına inanırlar. Belə ki, fotonu redaksiyaya göndərən Aktau sakini Sergey Andronov əmindir ki, dənizdə suyun səviyyəsi qalxacaq.

Kollajı özündə saxlayan Sergey Anronov bu gün yenə də qayalı yolla gəzəndə həmin daşı görüb:

“Çəkməyə qərar verdim. O vaxtdan bəri nə qədər dəyişdiyi heyrətamizdir, amma yenə də əzəmətli və sarsılmazdır. Onun "həyat  hekayəsi” bizə dənizin qayıdacağına ümid verir”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin