Restoranda DAVA: Kababçı müştərini döydü

Hazırda oxunan: Restoranda DAVA: Kababçı müştərini döydü

229561

Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində yerləşən "Babanın Kafesi" adlanan restoranda müştərini döyən kababçı cəzalandırılıb.

Bizim.Media qaynarinfo-ya istinadla xəbər verir ki, sözügedən restoranda kababçı işləyən 1982-ci il təvəllüdlü Tural Hüseynov (soyad şərti) orada müştəri qismində əyləşən Hikmət adlı şəxsi döydüyü üçün barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi açılıb və baxılması üçün məhkəməyə göndərilib.

Məlum olub ki, zərərçəkmiş Hikmət canlı musiqi dinləmək və yeyib-içmək üçün restoranın səhərə kimi işləməsini tələb edib. Kababçı Tural isə ona öz etirazını bildirib və yumruqla gözünün sol tərəfindən vuraraq xəsarət yetirib, sonra isə əlləri ilə onu itələyərək yerə yıxıb.

Məhkəmənin qərarı ilə Turala 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

O, cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin