Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə məcburi köçkünlər üçün salınmış “Yeni Qəsəbə” adlanan yaşayış kompleksində baş verib.
Belə ki, 39 yaşlı Ağdam rayon sakini P. Qasımov şəxsi münasibətlər zəminində qəsəbədə yaşayan Kəlbəcər rayon sakini 34 yaşlı M.Əhmədzadəni bıçaqlayıb.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma başladılıb.
Bizim.Media