Bağlı mağazalarda qalan MALLAR, narazı SAHİBKARLAR - 20 Yanvar keçidindəki MÜƏMMA – VİDEO

Hazırda oxunan: Bağlı mağazalarda qalan MALLAR, narazı SAHİBKARLAR - 20 Yanvar keçidindəki MÜƏMMA – VİDEO

229408

Xəbər verildiyi kimi Bakı Metrosunun "20 Yanvar" stansiyasının yeraltı keçidlərində fəaliyyət göstərən mağazalar ötən ilin avqustundan fəaliyyətini dayandırıb. Sahibkarlara noyabrın sonunda mağazaların açılacağı və fəaliyyətlərini əvvəlki qaydada davam etdirəcəkləri vədi verilmişdi.    

150-yə yaxın mağazanın fəaliyyətinin müvəqqəti bağlandığı deyilsə də, aylar keçməsinə baxmayaraq hələ də onların aqibəti ilə bağlı sahibkarlara heç bir məlumat verilmir.
 

MÖVZU İLƏ BAĞLI:

Aidiyyəti qurumlar niyə susurlar? — “20 Yanvar” yeraltı keçidi ilə bağlı müəmmalı vəziyyəti İTV işıqlandırdı - VİDEO


Eyni zamanda  yeraltı keçiddəki ticarətin ləğv olunub-olunmayacağı da müəmmalıdır. Aylardır bağlı qalan mağazalarda sahibkarlara məxsus minlələ mal qalıb və aidiyyəti qurumlar tərəfindən həmin malların mağazadan çıxarılmasına belə şərait yaradılmır. 

Qeyd edək ki, 30 ilə yaxındır fəaliyyət göstərən bu yeraltı keçiddəki aksesuar və geyim mağazalarında 150-yə yaxın  işçi çalışır. 

Mağazaların hansı səbəbdən bağlanması bəlli deyil və onların fəaliyyətə başlayıb-başlamayacağı ilə bağlı aidiyyəti qurumlardan məlumat verilmir. 

Ətraflı Space TV-nin videosujetində:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin