Quru şampun, saçınızı yumasanız da, təmiz görünməsini təmin edir. Tərkibində saçdakı yağ və qoxunu udmaq üçün nişasta əsaslı maddələrdən istifadə edilir. Quru şampunun istifadəsi çox rahat olduğundan son dönəmlər daha da məşhurlaşıb. Bəzi insanlar var ki, saçlarını gec-gec yuyub, daha çox quru şampundan istifadə edir.
Bəs quru şampun saç sağlamlığına necə təsir edir?
MÖVZU İLƏ BAĞLI:
Saç şampunlarının inanılmaz zərərləri ilə bağlı XƏBƏRDARLIQ
Bizim.Media quru şampunun zərərlərini sizlərə təqdim edir.
Quru şampundan həddindən artıq istifadə etsəniz, bu, baş dərinizdə yığılmağa, saç foliküllərinin tıxanmasına və qıcıqlanmaya səbəb ola bilər. Üstəlik, bu yığılma nəinki baş dərinizin sağlamlığını riskə atır, həm də saçlarınızın solğun və cansız olmasına səbəb ola bilər.
Həmçinin düzgün yuyulmadan çox quru şampundan istifadə etmək saçınızın çox qurumasına və ehtiyac duyduğu nəmi itirdiyi üçün qırılma ehtimalının artmasına səbəb ola bilər. Quru şampun saçınızı su və şampunla yumağı əvəz etmir. O, müvəqqəti olaraq artıq yağı udmaq və saçınızı yuyacağınız günlər arasında saçları təzələmək üçün nəzərdə tutulub, lakin baş dərisini və ya saçları kirdən, tərdən təmizləmir. Baş dərisinin sağlamlığını və gigiyenasını qorumaq üçün müntəzəm yuyulma lazımdır.
Ekspert rəyləri
Dermotoloqlar bildirir ki, quru şampun hər gün istifadə üçün nəzərdə tutulmayıb. Daha çox anidən harasa getməli olanda və saçınızı yumağa vaxtınız olmayanda, ani məqamlar üçün quru şampundan istifadə etməyiniz tövsiyyə olunur. Quru şampun saçı su ilə yumanı əvəz etməməlidir. Həmçinin, quru şampunun mənfi təsirlərini kompensasiya etmək üçün dərin təmizləmə, yaxşı nəmləndirmə və baş dərisinə qulluq etmək lazımdır.
Nuray, Bizim.Media