Qəbələ sakini tapdığı odlu silahı polisə təhvil verdi - FOTO

Hazırda oxunan: Qəbələ sakini tapdığı odlu silahı polisə təhvil verdi - FOTO

229280

Polis əməkdaşkarının vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi məqsədilə həyata keçirdiyi profilaktik tədbirlər davam etdirilir.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri tədbirlərlə rayon sakinləri qanunsuz olaraq saxladıqları 3 ədəd ov tüfəngini, “Kalaşnikov” markalı avtomatı və patronları könüllü olaraq polisə təhvil veriblər.

Vətəndaşlarlarla görüşlər, profilaktik söhbətlər davam etdirilir.



Tural Rasimoğlu, Bizim.Media, Şimal- Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin