“BakıKart”ın internet səhifəsi bərpa edilib.
Bizim.Media trend.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yayıb.
Mənbə qeyd edib ki, artıq vətəndaşlar rahat şəkildə “BakıKart”dakı hesablarına daxil olmaqla şəxsi məlumatlarını və balanslarını görə, eyni zamanda müvafiq əməliyyatları asanlıqla icra edə bilərlər.
Qeyd edək ki, “BakıKart”dakı hesablar və oradakı vəsaitlər silinməyib. Vətəndaşlar internet səhifəsi üzərindən hesablarında olan vəsaiti BakıKart fiziki kartlarına köçürə, balanslarını artıra, ödəniş və digər əməliyyatlardan istifadə edə bilərlər.
Bizim.Media