Bacısını boğaraq öldürən şəxsin məhkəməsi: "Yüngül həyat tərzi keçirirdi"

Hazırda oxunan: Bacısını boğaraq öldürən şəxsin məhkəməsi: "Yüngül həyat tərzi keçirirdi"

229222

Bakının Binəqədi rayonunda bacısını qətlə yetirməkdə ittiham olunan Təbriz Qasımovun məhkəməsinin növbəti baxış iclası keçirilib.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Təbriz Qasımov ittihama münasibət bildirərək özünü təqsirli bilib. Lakin o, məhkəmədə ifadə verməkdən imtina edib.

Daha sonra təqsirləndirilən şəxsin qardaşı Bəhmən Qasımov şahid qismində dindirilib. O da məhkəmədə ifadə vermək istəməyib.

Onun məhkəmədə istintaqa verdiyi ifadə elan edilib.

B.Qasımov ifadəsində bildirib ki, bacısı 3 dəfə ailə həyatı qurub:


"Təhminə yüngül həyat tərzi keçirirdi. Onu nə qədər yola gətirməyə çalışaq da, alınmırdı. Bakıda işləyirdi. Hadisə günü isə gecə saatlarında Təhminənin iş yerinə getdim. Onu evə aparmaq istədim. Lakin bacım mənimlə gəlmədi, dedi sən get. Mağazadan çıxıb müdirinin maşınına minib harasa getdi. Təbriz məsələdən xəbərdar oldu. Saat gecə 12-ni keçmişdi.

Təhminə evə gəldi. Anam ondan niyə belə etdiyini soruşdu. Təhminə isə öz həyatının olduğunu və "özüm bilərəm" dedi.


Təbriz də Təhminədən sonra gəldi. Məni çağırıb çöldə söhbət etdi. Sonra məni mağazaya göndərdi. Mağazadan qayıdandan sonra gördüm ki, Təbriz Təhminəni boğub. Təbrizi nə qədər geri çəkməyə çalışsaq da, Təhminənin üstündən qaldıra bilmədik. Təhminə artıq hərəkətsiz qalmışdı. Öldüyünü o zaman anladım. Qardaşım siqaret çəkdi, su içdi. Bizim yanımızda belə hadisə törətdiyi üçün üzr istədi. Sonra gedib polisə təslim oldu".

Məhkəmə prosesi fevralın 3-nə təyin edilib.

Xatırladaq ki, hadisə ötən il iyulun 1-də Bakının Binəqədi rayonu ərazisində qeydə alınıb. Araşdırmalarla 1997-ci il təvəllüdlü Təbriz Qasımovun rayonun Rəsulzadə qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində bacısı Təhminə Qasımovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Qətlə yetirilən 20 yaşlı Təhminə Qasımova məişət əşyaları satılan mağazada satıcı vəzifəsində çalışıb.

Hadisə səhərə yaxın qeydə alınıb. Hadisədən sonra Təbriz Qasımov könüllü olaraq polisə təslim olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin