"Şuşa" restoranının sökülməsinə aydınlıq gətirildi - RƏSMİ

Hazırda oxunan: "Şuşa" restoranının sökülməsinə aydınlıq gətirildi - RƏSMİ

229157

Söküntüsünə başlanan "Şuşa" restoranının ərazisi park statusuna malik olmasına baxmayaraq, illər öncə özəlləşdirilib və qeyri-qanuni olaraq sənədlər əldə edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Nərimanov Rayon İcra Hakimiyyətindən bildirilib.

Bildirilib ki, sahibkara alternativ ərazidə iaşə obyekti təklif olunsa da, o, bundan imtina edib:

"Həmçinin parkda yerləşən ağaclara aqrotexniki qulluq göstərilməməsi və nəticədə onların quruması, parkın ərazisində yanğın təhlükəsi yaradacaq fəaliyyətlərin göstərilməsi, nəzarətsiz tonqal qalanması və ətraf ərazilərin bərbad vəziyyətdə olması isə ətrafda yaşayan sakinlərin haqlı narazılığına gətirib çıxarırdi. Bütün bunları nəzərə alaraq, sözügedən restoran binasının sökülməsi və park ərazisinin abadlaşdırılması qərara alınıb".
 

İcra Hakimiyyətindən qeyd olunub ki, hazırda məsələ ilə bağlı müvafiq araşdırmalar aparılır, sahibkarın mülkiyyət hüququnun pozulması halı təsdiq olunarsa, qarşı tərəfə qanunamüvafiq kompensasiya ödəniləcək.


Qeyd edək ki, sosial şəbəkədə Bakının Nərimanov rayonunda yerləşən "Şuşa" restoranının sökülməsi ilə bağlı videokadrlar paylaşılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin