Yanvarın 8-də Milli Müdafiə Universitetinin (MMU) rektoru general-mayor Gündüz Əbdülov ölkəmizdə səfərdə olan general-mayor Nayid Ataqan oğlu Əl-Mutairinin rəhbərlik etdiyi Səudiyyə Ərəbistanı Krallığının Milli Müdafiə Universitetinin nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Qonaqlara MMU-nin yaranma tarixi, təhsil sistemi və əsas fəaliyyət istiqamətləri ilə bağlı brifinq təqdim olunub, Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan uğurlu islahatların müsbət nəticələri barədə ətraflı məlumat verilib.
Görüşdə Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında hərbi təhsil istiqamətində qarşılıqlı təcrübə mübadiləsinin daha da genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, eləcə də maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Bizim.Media