Yeni yayılan virusdan qorunmaq üçün hansı peyvənd EFFEKTLİDİR? – ARAŞDIRMA

Hazırda oxunan: Yeni yayılan virusdan qorunmaq üçün hansı peyvənd EFFEKTLİDİR? – ARAŞDIRMA

229093

COVID-19 infeksiyasından sonra insanlar arasında sürətlə yayılan istənilən xəstəlik təşvişə səbəb olur. Bu yaxınlarda metapnevmovirusun yayılması da insanlarda həm fiziki, həm də psixi narahatlıq yaradıb.

Metapnevmovirusun əlamətləri nədir?
 

MÖVZU İLƏ BAĞLI:

ÜST: "Metapnevmovirus yeni deyil və ciddi təhlükə yaratmır” – VİDEO


Mövsümi xarakter daşıyan qripəbənzər metapnevmovirus bir çox digər kəskin respirator virus infeksiyalarına xas olan öskürək, burun tutulması, burun axması, hərarətin yüksəlməsi, nəfəs darlığı, səsin boğulması kimi simptomlarla təzahür edir.

Bu virusdan qorunmaq üçün hansı peyvənddən istifadə olunur?

Tibbə məlum olan bu xəstəliklə bağlı açıqlama yayan Səhiyyə Nazirliyi insanları gigiyenik qaydalara riayət etməyə və mövsimi qripə qarşı vaksinasiya olmağa səsləyib. Nazirliyin məlumatında qeyd olunub ki, Azərbaycanda qrip əleyhinə kifayət qədər vaksin ehtiyatı olduğu üçün əlavə vaksinlərin alınması nəzərdə tutulmayıb.

Bəs, qrip əleyhinə nə qədər adam peyvənd olub?

Səhiyyə Nazirliyinin əmri ilə qripə qarşı sentyabrın 10-dan vaksinasiyaya başlanılıb. Nazirlik ölkəyə mövsümi qrip əleyhinə “Abbott” şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatlarının gətirildiyini açıqlayıb. Həmçinin ilin sonunda Tİbbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB)  rəhbəri oktyabr ayından dekabr ayının ortalarınadək əhalinin böyük hissəsinin qripə qarşı vaksinasiya olunduğunu açıqlamışdı.

Virusa yoluxanların vaksinə ehtiyacı varmı?

Açıqlamadan bəlli olur ki, bu virusa yoluxmamaq üçün elə mövsümi qripə qarşı vaksin olunmaq kifayət edir. Hazırda bir çox insan bu və ya digər respirator virusa yoluxmuş vəziyyətdədir. İnsanlar xəstəliyin günlərlə davam etdiyini, onların aktiv həyatına mənfi təsir etdiyini vurğulayırlar.

Bəs hazırda qrip olanlar nə zaman peyvənd oluna bilərlər? Bunun üçün müəyyən vaxt, sağalma müddəti gözlənilməlidir?

Mövzu barədə Bizim.Media-ya danışan həkim Vaqif Qarayev deyib ki, istənilən xəstəliyə qarşı immunitet ya yoluxma, ya da peyvənd olunmaqla yaranır:

“Yoluxma ilə qripə immunitet yaranır. Qripə qarşı peyvənd olunanlar gələn il qripin başqa ştammına yoluxa bilərlər. Bu, o demək deyil ki, peyvəndin faydası olmadı, sadəcə, ola bilsin ki, insan başqa ştamma qarşı vaksin olunub.

İstənilən yoluxucu xəstəliklərdən, o cümlədən, qripdən qorunmanın bir yolu həm də peyvənddir. Qripin ştamları var və bunlara qarşı da vaksin hazırlanıb. Beynəlxalq səhiyyə qurumları müəyyən regionlarda payız və qışda hansı ştammın yayılacağını təyin edirlər. Hazırda bizdə istifadə olunan qripə qarşı vaksin bir neçə ştamma qarşı istifadə olunur”.

Tibb üzrə mütəxəssis bildirib ki, yeni yayılan virus tibbə məlumdur və bununla bağlı təşvişə ehtiyac yoxdur:

“Bu, illərin virusudur. Viruslar yoluxuculuq və ya ağırlaşma, ölüm qabiliyyətinin yüksək olmasına görə fərqlənir. COVID-19 da yoluxuculuq qabiliyyəti yüksək idi, amma yoluxmayla müqayisədə ölüm az idi. İndiki virusla bağlı da ajiotaja ehtiyac yoxdur. Hamı yazır ki, saçımdan dırnağıma qədər hər yerim ağrıyır. Bunlar qrip əlamətləridir. Sadəcə olaraq, bunu laborator olaraq təsdiqləmək lazımdır. Biz müəyyən vaxtlarda qripə yoluxuruq, lakin yaş artdıqca immunitet azalır və eyni qripi daha ağır formada keçiririk”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin