Daimi qeydiyyat yeri olmayanlar şəxsiyyət vəsiqəsi ala bilərmi? – HÜQUQİ İZAH

Hazırda oxunan: Daimi qeydiyyat yeri olmayanlar şəxsiyyət vəsiqəsi ala bilərmi? – HÜQUQİ İZAH

229087

Məlumdur ki, bu gün paytaxtda və digər mərkəzi şəhərlərdə qeydiyyatı olmadan xeyli insan yaşayır. Bu insanlar şəxsiyyət vəsiqəsini itirərkən və yaxud dəyişərkən hökmən daimi pasport qeydiyyatında olduqları əraziyə getməli və buradakı müvafiq dövlət orqanlarına müraciət etməlidir.

Amma bir məsələ də var ki, kimlərsə hansısa səbəbdən pasport qeydiyyatından çıxmış olurlar.


Belələrinin şəxsiyyət vəsiqəsi və digər hərəkətlər etməsində ciddi problem yaranır.

Bəs daimi yaşayış qeydiyyatı olmayan vətəndaşa şəxsiyyət vəsiqəsi verilə bilərmi?

Suala hüquqşünas Rahim Abıyev aydınlıq gətirib. O, Bizim.Media-ya bildirib ki, daimi qediyyat yeri olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməməsi qanunsuzdur:

“Bu, Azərbaycan Respublikasının Konstitusiyasının, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun, Konstitusiya Məhkəməsinin şərhinin və Nazirlər Kabinetinin bununla bağlı sərəncamın pozulmasıdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanununun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulduğu 2-ci hissəsində Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanununun, o cümlədən də onun 5-ci maddəsinin mətni, habelə vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında Qanunu ilə təsdiq edilmiş Şəxsiyyət vəsiqəsinin təsvirində vətəndaş haqqında məlumatların sırasında "yaşayış yeri" bölməsinin mövcudluğu yaşayış yeri olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməməsinə əsas ola bilməz.
 

Özügedən qanunun 3-cü hissəsində isə şərhin 2-ci bəndinə Nazirlər Kabinetinə tövsiyyə olunur ki, yaşayış yeri olmayan vətəndaşları xüsusi yerlər üzrə qeydiyyatdan keçirilməsini və onlara Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsini təxirəsalınmadan təşkil etsin. Həmin şərh əsasında Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli sərəncam qəbul edib. Həmin sərəncamın 1-ci hissəsində yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi nəzərdə tutulmuşdur.


Yəni  vətəndaş hər bir halda şəxsiyyət vəsiqəsi ilə təmin edilməlidir, yaşayış yeri olmayan vətəndaşlara şəxsiyyət vəsiqəsi verilməli “yaşayış yeri” bölməsində həmin ünvan şərti olaraq qeyd edilməlidir”. 

Bəs, vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edildikdə hansı hüquqi addımlar atılmalıdır?

“Vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edildikdə İnzibati icraat haqqında qanunun 71 və 72.1-ci maddələrinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda isə inzibati orqanın hərəkət və hərəkətsizliyindən inzibati və ya məhkəmə qaydasında şikayət vermək hüququna malikdirlər”.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin