Balakəndə DƏHŞƏT - Cücə yetişdirmək üçün kredit götürən fermerin 5 min baş cücəsi YANIB - FOTO

Hazırda oxunan: Balakəndə DƏHŞƏT - Cücə yetişdirmək üçün kredit götürən fermerin 5 min baş cücəsi YANIB - FOTO

229085

Bu gün səhər saatlarında Balakənin Tülü kəndində yerli sakinə məxsus ferma yanıb.

Bu barədə Bizim.Media-nın yerli bürosuna yanğından zərər çəkən Tülü kənd sakini Vüsal İsmayılov məlumat verib.

Vüsal ailəsi ilə bir neçə ildir ki, həyətində cücə yetişdirmək üçün 120 kvadratmetrlik bir ferma tikib. Bunun üçün onlar xeyli kredit götürüblərmiş. Eyni zamanda cücələri də yumurtadan çıxartmaq və böyütmək üçün ailə min bir əziyyətə qatlanıb. Əsasən yem məhsulları, cücələrin sağlam böyüməsi üçün müxtəlif qarışıq yem və dərmanların alınmasına da xeyli xərc tələb olunurdu ki, İsmayılovlar ailəsi bunun üçün də kredit götürübmüş.

Zərərçəkənin sözlərinə görə saat 3-dən sonra fermanın daxilindəki iki odun peçini qalayıb. Çünki səhərə yaxın otaqda temperatur aşağı düşür və bu da cücələrin xəstələnməsinə, tələf olmasına səbəb olurdu.

Fermada havanın normal olduğunu görən Vüsal yaxınlıqdakı evinə qayıdıb və yatıb. Cəmi bir saat sonra yanğın alovuna ayılıb və gördüklərindən dəhşətə gəlib. Fermanın damı tamamilə alışıb yanırmış.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi çağırılıb. Vüsal deyir ki, yanğınsündürənlər onların gözlədiyindən də tez yetişib, lakin alov hər tərəfi bürüdüyündən ancaq onu lokallaşdıra biliblər.

Beləcə fermerin uzun müddətdən bəri əziyyətlə yetişdirdiyi beş min baş cücə və yemləri yanaraq məhv olub. Ailə bu yanğın zamanı digər xərclər istisna olmaqla 30 min manata yaxın zərər gördüyünü bildirir.

Vüsal İsmayılov ilkin ehtimalla istilik üçün quraşdırılmış odun sobasından düşən qığılcımın səbəb ola biləcəyini güman edir.

Yanğın zamanı xəsarət alan olmayıb, ailəyə məxsus yaxınlıqdakı mənzil mühafizə olunub.













Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin