İranda həbs edilən italiyalı jurnalist Sesiliya Sala azadlığa buraxılıb.
Bizim.Media xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Giorgia Meloni sosial media hesabında yazıb.
Onun sözlərinə görə, jurnalist azad edilib və İtaliyaya qayıdır: “Sesiliya Salanı Tehrandan vətənə gətirən təyyarə uçuşdadır. Diplomatik və kəşfiyyat kanallarında aparılan gərgin iş sayəsində həmyerlimiz İran hakimiyyəti tərəfindən azad edilib. Mən şəxsən telefon danışığı zamanı jurnalistin valideynlərinə məlumat vermişəm. Sesiliyanın geri qayıtmasında, ailəsini və həmkarlarını yenidən qucaqlamağa imkan verən hər kəsə minnətdarlığımı bildirmək istəyirəm”.
Qeyd edək ki, italiyalı jurnalist Sesiliya Sala dekabrın 19-da İranda həbs edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:23 / 08.01.2025
Həbsdə olan jurnalist azad edildi - FOTO/VİDEO
Hazırda oxunan: Həbsdə olan jurnalist azad edildi - FOTO/VİDEO
Hazırda oxunan: Həbsdə olan jurnalist azad edildi - FOTO/VİDEO
229069
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.