DSX mayoruna hücum edən Elvin Məmmədov ev dustaqlığına buraxıldı

Hazırda oxunan: DSX mayoruna hücum edən Elvin Məmmədov ev dustaqlığına buraxıldı

229067

Bakıda xuliqanlıq zəminində insident törətməkdə ittiham olunan daha bir idmançı barəsində istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.


Bizim.Media apa.az-a istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsində keçirilən iclasda istintaq orqanının təqdimatı üzrə qərar qəbul olunub.

Qərara əsasən, təqdimat təmin edilib, saxlanılan Elvin Məmmədov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham edilir.

Qeyd edək ki, yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib.

İdmançıların DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum etdikləri bildirilir.

Faktla bağlı idmançılardan Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov polis tərəfindən saxlanılıb.

Hadisənin sifarişçisinin Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanov olduğu açıqlanıb.

Dünən Xətai Rayon Məhkəməsində keçirilən iclasda saxlanılan Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Fuad Zeynalova hücum edən şəxslərin sifarişçisi olduğu deyilən kikboksinq üzrə dünya və Avropa çempionu Ramal Aslanov bu gün sərbəst buraxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin