Zaqatalada yeni doğulan körpənin müəmmalı ölümü ilə bağlı TƏFƏRRÜAT - FOTO

Hazırda oxunan: Zaqatalada yeni doğulan körpənin müəmmalı ölümü ilə bağlı TƏFƏRRÜAT - FOTO

229064

33 yaşlı qadın üçüncü doğuşdan sonra körpəsini qucağına ala bilmədi...

Bu Zaqatalada yeni ilin ilk körpə ölümü hadisəsidir. Təəsüf ki, ötən ilin son aylarında buna bənzər daha bir neçə hadisə baş versə də, nəticələri barədə ictimaiyyətə geniş, təfərrüatlı məlumat verilmədi.

Bəs bu ölüm hamiləliklə bağlıdır, yoxsa həkim səhlənkarlığının nəticəsi?! Bütün bunlar prokurorluq orqanlarının geniş aradırmasından sonra bilinəcək.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Gözbarax kənd sakini 33 yaşlı Xanım Didiyeva həmiləlik dövründə elə bir xəstəlik ya ciddi problem yaşamasa da, nəticə acı sonluqla bitib.

Ailə üzvləri bu barədə danışmaq istəməsələr belə baş vermis hadisədən sonra təəssüflərini gizlədə bilmir. Çünki qadın bundan əvvəl müxtəlif illərdə iki dəfə uşaq dünyaya gətirib və heç birində çətinlik yaşamayıb.

Digər bir mənbədən əldə etdiyimiz məlumata əsasən gənc qadın doğuşdan bir gün əvvəl Zaqatala Rayon Mərkəzi Xəstəxanasında olub, hamiləliyinin neçə keçməsi ilə bağlı müayinələrdən keçib. Həkimlər onun hamiləliyinin normal keçdiyini, bətndəki körpənin sağlam olduğunu, narahatlığa əsas olmadığını bildiriblər.



Ötən gün axşam saatlarında qadında sancılar gücləndiyindən yaxınları onu xəstəxananın doğum şöbəsinə çatdırıb. Yenidən ilkin müayinələr aparılıb və həkimlər qeysəriyyə əməliyyatının aparılması qərarına gəliblər.

Əməliyyatdan bir saat keçməmiş Xanım Didiyevanın ailə üzvlərinə körpənin ölməsi barədə məlumat verilib.

Ailə üzvləri ölüm hadisəsinin həkim səhlənkarlığından baş verdiyini iddi edir.

Məsələ ilə əlaqədar Zaqatala Rayon Mərkəzi Xəstəxanasından eləcə də TƏBİB-dən bildirilib ki, hadisə araşdırılır və ilkin nəticələr bilinən kimi məlumat veriləcək.

Yeri gəlmişkən ölüm hadisəsinin səbəblərini bilmək məqsədi ilə körpənin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə göndərilib.

Xatırladaq ki, ötən ilin noyabr- dekabr aylarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasında ard-arda bir neçə körpə və azyaşlı ölümləri qeydə alınıb.

Hadisədən sonra Zaqatala rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin