Zaqatalada yeni doğulan körpə VƏFAT ETDİ

Hazırda oxunan: Zaqatalada yeni doğulan körpə VƏFAT ETDİ

229046

Zaqatala yeni doğulan körpə ölümü baş verib.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, yanvarın 7-də Zaqatala rayonu Gözbarax kənd sakini 1992-ci il təvəllüdlü Xanım Üzeyr qızı Didiyeva dünyaya uşaq gətirmək üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Doğum Şöbəsinə müraciət edib.


X.Didiyeva qeysəriyyə əməliyyatı ilə qız uşağı dünyaya gətirib.

Körpə doğuşdan bir qədər sonra dünyasını dəyişib.

X.Didiyevanın yaxınlarının verdiyi məlumata görə, bu, X.Didiyevanın üçüncü doğuşudur. Doğuşdan bir gün əvvəl X.Didiyeva Zaqatala RMX-da müayinə olunub və hamiləliyin normal keçməsi barədə məlumat verilib.

Ölümün dəqiq səbəbini öyrənmək üçün körpənin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin