Traktor sürücülərinə ÇAĞIRIŞ: "Real təhlükə yaradırlar"

Hazırda oxunan: Traktor sürücülərinə ÇAĞIRIŞ: "Real təhlükə yaradırlar"

229033

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə çağırış edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev özünün sosial media hesabında paylaşım edib.

"Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, təəssüflər olsun ki, hələ də texniki tələblərə cavab verməyən, konstruksiya bütövlüyü pozulmuş, xarici işıq cihazları nasaz traktor və ya digər kənd təsərrüfatı texnikalarının avtomobil yollarında hərəkətinin şahidi oluruq.

Həmin texnikaların bu formada avtomobil yollarında hərəkəti digər hərəkət iştirakçıları üçün real təhlükə yaradır.

Təəssüf hissi ilə qeyd edilməlidir ki, hətta bəzən sürücülük hüququ olmadan bu növ texnikaların idarə edilməsi hallarına rast gəlinir ki, bu hal sonda ağır nəticəli yol-nəqliyyat hadisələrinin baş verməsini qaçılmaz edir.

Qeyd olunanlar nəzərə alınaraq traktor və digər kənd təsərrüfatı texnikalarını idarə edən şəxslərdən bir daha yol hərəkəti qaydalarına ciddi riayət etmələri tələb olunur" - deyə çağırışda bildirilib.

Xatırladaq ki, dünən axşam saatlarında Tərtərdə traktorla minik maşını toqquşub. Qəza nəticəsində VAZ-2101-də olan 1971-ci il təvəllüdlü Ə.Həsənəliyev və 2023-cü il təvəllüdlü sərnişin Asya Həsənəliyeva almış olduqları xəsarətlərdən xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

Digər sərnişin Zəhra Məmmədova tibb müəssisəsinə yerləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin