Qazax şəhəri, Səməd Vurğun küçəsində yanğın baş verib.
FHN-dən Bizim.Media-ya verilən məlumata görə, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Ümumi sahəsi 60 m² olan birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ikiotaqlı fərdi yaşayış evinin bir otağının yanar konstruksiyaları və ev əşyaları yanıb.
Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Bizim.Media