Əcnəbi blogerlərin Ağdam səfəri başa ÇATDI 

Hazırda oxunan: Əcnəbi blogerlərin Ağdam səfəri başa ÇATDI 

22903

"Show Me Azərbaijan" layihəsi çərçivəsində Azərbaycanda səfərdə olan xarici blogerlər Ağdamda Qarabağ xanlarının türbələrinin də yerləşdiyi İmarət qəbiristanlığını ziyarət ediblər.

Bizim.Media xəbər verir ki, blogerlər Xurşudbanu Natəvanın qəbrini ziyarət ediblər.

Onlar ermənilərin qəbiristanlıqda törətdiyi vandallığı öz gözləri ilə görüblər. Bununla da xarici blogerlərin Ağdama səfəri başa çatıb.

Qeyd edək ki, səfər İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Bakıda yerləşən Avrasiya Regional Mərkəzinin dəstəyi ilə həyata keçirilir. Layihənin məqsədi azad edilmiş ərazilərdə mövcud olan vəziyyəti, işğalın ağır nəticələrini, Ermənistan tərəfindən törədilmiş kütləvi dağıntılar və insanlığa qarşı cinayətləri beynəlxalq ictimaiyyətə beynəlxalq səviyyədə təqdim etməkdən ibarətdir. "Show Me Azərbaijan" layihəsində Şimali Amerika və Avrasiya daxil olmaqla 8 ölkədən ümumilikdə 12 sosial media fenomeni iştirak edir.(apa)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin