Azərbaycanda dövlət qurumlarının adına bənzəyən 100 saxta domen BLOKLANDI

Hazırda oxunan: Azərbaycanda dövlət qurumlarının adına bənzəyən 100 saxta domen BLOKLANDI

229028

Ötən il Azərbaycanda dövlət qurumlarının adına bənzər 100 saxta domen bloklanıb.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti yayıb.

Mənbə qeyd edir ki, bu, 2023-cü illə müqayisədə 46 % azdır.

Təkcə IV rübdə 23 saxta domen bloklanıb ki, bu da 2023-cü ilin eyni rübünün göstəricisindən 81 % azdır.

2024-cü ildə Azərbaycanda 64 yeni domen dövlət qurumlarının istifadəsinə verilib. Bu isə 1 il əvvələ nisbətən 46 % azdır.

Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 367 yeni subdomen verilib ki, bu da illik müqayisədə 14 % çoxdur.

Xatırladaq ki, 2023-cü ildə dövlət qurumları 119 yeni domen və 323 yeni subdomen alıb.

Hesabat dövründə 186 saxta domen aşkarlanaraq bloklanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin