Xəbər verdiyimiz kimi, ölkəyə qaçaqmalçılıq yolu ilə qızıl külçə keçirmək cinayətinin törədilməsində iştirak edən vəzifəli şəxs həbs edilib.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə ilə bağlı Baş Prokurorluq da ötən gün məlumat yayıb. Qeyd edilib ki, cinayətin törədilməsində iştirak edən şəxsin Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Hədəfləmə və Koordinasiya şöbəsinin böyük inspektoru Mirzəliyev Əfsər Nüsrət oğlu olduğu məlum olub.
Onun öz qulluq mövqeyindən istifadə edib vətəndaş Səfərov Səfər Həsən oğlu ilə qabaqcadan əlbir olaraq 27 dekabr 2024-cü il tarixdə saat 04:50 radələrində sonuncunun İstanbul-Bakı aviareysi ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gələrək üzərində gətirdiyi ümumilikdə 461 min manat dəyərində olan 41 ədəd (3.145 qram) qızıl külçəni qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinə nail olmalarına əsaslı şübhələr müəyyən edilib.
Həmin şəxsin fotosunu təqdim edirik:
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:39 / 08.01.2025
Ölkəyə 41 qızıl külçə keçirən vəzifəli şəxsin FOTOSU
Hazırda oxunan: Ölkəyə 41 qızıl külçə keçirən vəzifəli şəxsin FOTOSU
Hazırda oxunan: Ölkəyə 41 qızıl külçə keçirən vəzifəli şəxsin FOTOSU
229017
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.