Səsvermə protokollarının DSK-lara verilməsi müddəti sabah başa çatır

Hazırda oxunan: Səsvermə protokollarının DSK-lara verilməsi müddəti sabah başa çatır

229015

Azərbaycanda yanvarın 29-na təyin edilən bələdiyyə seçkisində səsvermə protokollarının Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına (DSK) verilməsi müddəti sabah başa çatır.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda öz əksini tapıb.

Seçki Məcəlləsinə əsasən, protokollar səsvermə gününə azı 20 gün qalanadək DSK-lara verilməlidir.

Təqvim planında bu müddət 2025-ci il yanvarın 9-da başa çatır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin