Nərimanov Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Valeh Məmmədovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 1 müddətinə azadlıqdan məhrum edilib və məhkəmə iclas zalında dərhal həbs olunub.
İttihama görə, hadisə bu il Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski, ev 21 ünvanının yaxınlığında qeydə alınıb.
Belə ki, Valeh Məmmədov zərərçəkmiş Emil Quliyevlə (soyadı şərti) sözlü mübahisə edib.
Mübahisəyə səbəb isə təqsirləndirilən şəxsin zərərçəkmişin gecə vaxtı səs-küy salmasına irad bildirməsi olub. Bu zaman Valeh onu təhqir edərək yumruqla bədəninin müxtəlif hissələrinə qəsdən bir neçə ardıcıl zərbələr endirib. Hadisə zamanı təqsirləndirilən şəxsin yanında qeyri-rəsmi nikahda olduğu arvadı da olub. Həmin qadın da Emilə zərbə vuraraq ona bədən xəsarəti yetirib.
Hadisədən sonra Valeh Məmmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdi.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:19 / 08.01.2025
Arvadı ilə birgə vətəndaşı döyən şəxs məhkəmə zalında həbs edildi
Hazırda oxunan: Arvadı ilə birgə vətəndaşı döyən şəxs məhkəmə zalında həbs edildi
Hazırda oxunan: Arvadı ilə birgə vətəndaşı döyən şəxs məhkəmə zalında həbs edildi
229001
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.