Azərbaycanın üç gəmisinin girov götürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanın üç gəmisinin girov götürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

229000

Xəbər verdiyimiz kimi, Azərbaycana məxsus 3 gəminin heyəti ilə birlikdə Afrikada, Eritreya sahillərində saxlanılması ilə bağlı iddialar yayılıb.

Sözügedən iddialarla bağlı Dövlət Dəniz və Liman Agentliyinin mətbuat katibi Pərvanə İmanova Bizim.Media-ya açıqlamasında bildirib ki, 2024-cü ilin 7 noyabr tarixində"Caspian Marine Services B.V." şrikətinin Azərbaycandakı filialı tərəfindən sözügedən şirkətə məxsus 3 gəminin Eritreya dövlətinin səlahiyyətli qurumları tərəfindən saxlanılması barədə DDLA -nə məlumat daxil olub: 

“Dərhal Agentlik tərəfindən Xarici İşlər Nazirliyinə işçi qaydada məlumat verilmişdir. Bununla yanaşı, Agentlik tərəfindən Eritreya Dövlətinin  dəniz nəqliyyatı sahəsi üzrə səlahiyyətli qurumuna, habelə BDT-yə, Eritreyanın BDT-dəki daimi nümayəndəliyinə və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə rəsmi məktubla müvafiq məlumatlar təqdim edilib”, - deyə Pərvanə İmanova bildirib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin