Dünya alban-udilərinin ana vətəni hesab edilən Qəbələ rayonunun Nic qəsəbəsində bu gün Milad qeyd edilir.
Bu barədə Bizim.Media-nın yerli bürosuna Alban-udi icmasının rəhbəri Robert Mobili məlumat verib.
İcma sədrinin sözlərinə görə, Milad bayramı münasibətilə Nic qəsəbəsində yerləşən “Cotari” alban kilsəsində dini ayin icra olunub.
O bildirib ki, Nic qəsəbəsi tək Azərbaycanda deyil, dünyada tolerantlıq mərkəzlərindən biri hesab olunur:
“Burada əsrlərdir ki, müsəlmanlar və xristianlar dostluq və qardaşlıq şəraitində birgə yaşayırlar. Alban udilər Nic qəsəbəsini ana yurdları hesab edirlər. Burada udilər dil, din və mədəniyyətlərini inkişaf etdirmək üçün hər cür imkanlara malikdirlər. Nicdəki birgəyaşayış modeli isə dünyaya bir örnək göstərilir”.
Robert Mobili qeyd edib ki, dünyanın elə bir ölkəsi yoxdur ki, orada 3 kilsə olsun və onların hər biri bərpa-restavrasiya olunsu:
“Lakin Nic qəsəbəsində 3 kilsə və 2 məscid var. 2020-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Fond tərəfindən "Müqəddəs Məryəm Ana" (Bulun) məbədində və “Cotari” alban kilsəsində təmir-bərpa işləri aparılaraq yerli sakinlərin eləcə də dünyanın dörd bir tərəfindən gələn xristianların dini ibadətlərini icra etmələri üçün istifadəsinə verilib. Məhz bu amil ölkədə tolerantlıq mühitinin olduğuna gözəl nümunədir”.
Milad bayramı münasibəti ilə təşkil edilən dini mərasimlərdə Vətən müharibəsi şəhidlərinin ruhuna dualar oxunub, qazilərə sağlamlıq arzu edilib.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
19:26 / 07.01.2025
Qədim alban kilsəsində Milad bayramı belə qeyd olundu – FOTO
Hazırda oxunan: Qədim alban kilsəsində Milad bayramı belə qeyd olundu – FOTO
Hazırda oxunan: Qədim alban kilsəsində Milad bayramı belə qeyd olundu – FOTO
228934
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.