Yuxudan ayıla bilməmək, həvəssizlik, baş ağrıları... – Tətildən sonra işə necə adaptasiya OLMALIYIQ?

Hazırda oxunan: Yuxudan ayıla bilməmək, həvəssizlik, baş ağrıları... – Tətildən sonra işə necə adaptasiya OLMALIYIQ?

228887

Yeni il tətilindən sonra insanlar işə adaptasiya olmaqda çətinlik çəkir. Ölkəmizdə yaxın aylarda da qeyri-iş günləri çox olacaq. Uzun tətildən sonra işə başlayanda stress yüksək olur, gərginlik hiss olunur, işləməyə həvəs olmur, hətta baş ağrıları, tez yorulma halları da müşahidə edilir. Tətil günlərinin şirin yuxularından sonra günə tez başlamaq insanlara əziyyətli gəlir.

Hətta elə işçilər var ki, sırf tətildən sonrakı çətinlikləri yaşamamaq üçün məzuniyyətə çıxmır, tətil günlərində də işləyir. Amma mütəxəssislər hər zaman deyirlər ki, istirahət etmədən davamlı işləmək məhsuldarlığı aşağı salır və insanlarda depresiya yarada bilir.

Bəs tətillərdən sonra işə tez uyğunlaşmaq üçün nə etmək lazımdır?
 

MÖVZU İLƏ BAĞLI:

Oyaq qalmaq üçün kofe içənlərə XƏBƏRDARLIQ


Mövzu ilə bağlı Bizim.Media-ya danışan klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov tətillərdən sonra işə adaptasiyanı asanlaşdırmaq üçün öz məsləhətlərini verib.

“İşə qayıdışdan bir gün əvvəl gələcək həftənin planını qurmaq və prioritetləri müəyyən etmək işə hazırlığı hiss etdirə bilər. İlk günlərdə daha sadə tapşırıqlara fokuslanmaq və tədricən mürəkkəb işlərə keçmək stres səviyyəsini azaldır. İşə qayıdışdan sonra həddən artıq yüklənməməyə çalışmaq lazımdır. Gün ərzində kiçik fasilələr götürülsə, insan zehni olaraq özünü balansda saxlayar.

Həmkarlarla təkrar ünsiyyət qurmaq və kollektiv iş mühitinə qayıtmaq üçün səmimi söhbətlər etmək də adaptasiya prosesini sürətləndirir. Tətillər zamanı yuxu rejimi dəyişibsə, işə qayıdışdan bir neçə gün əvvəl yuxu və oyanış vaxtı iş rejiminə uyğunlaşdırılmalıdır. Tətilin verdiyi dinclik və enerji əmək fəaliyyətində də özünü büruzə verməlidir, yəni dincliyi və enerjini qorumaq lazımdır. O zaman iş mühitini sağlam inkişaf etdirmək olar”.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin