Bakıda pişiyə rəhmsiz rəftar edən şəxs polis şöbəsinə çağırıldı - VİDEO

Hazırda oxunan: Bakıda pişiyə rəhmsiz rəftar edən şəxs polis şöbəsinə çağırıldı - VİDEO

228837

Bakıda pişiklə rəhmsiz rəftar edən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, 1994-cü ilə təvəllüdlü şəxs polis şöbəsinə çağırılıb, barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda DƏHŞƏT: Pişiyi balkondan sallayıb, işgəncə verdilər - VİDEO


Qeyd edək ki, həmin şəxsin heyvanla rəhmsiz rəftar etməsi ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, heyvanlarla rəhmsiz rəftar edilməsinə, yəni onlara ağrı, əzab, işgəncə verilməsinə, onların döyülməsinə və ya döyüşdürülməsinə görə 500 manatdan 800 manatadək məbləğdə cərimə edilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin