“Məşğulluğa Dəstək Layihəsi”nə bu il daha 5 minədək şəxs cəlb ediləcək

Hazırda oxunan: “Məşğulluğa Dəstək Layihəsi”nə bu il daha 5 minədək şəxs cəlb ediləcək

228800

2020-2025-ci illəri əhatə edən “Məşğulluğa Dəstək Layihəsi”nə bu il daha 5 minədək şəxsin cəlb edilməsi nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan bu layihə özünüməşğulluq proqramının genişləndirilməsində dəstək məqsədi daşıyır.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, layihə gənclər, qadınlar, əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, aztəminatlı ailələrin üzvləri və digər həssas qruplara aid işsiz şəxslərin istehsal və xidmət sahələri üzrə avadanlıqlar əldə edərək əmək bazarına çıxışına imkan yaradır.

Artıq 20 min şəxs “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində aktivlərlə təmin olunaraq istehsal və xidmət sahələri üzrə kiçik bizneslərini yaradıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin