Pul qazanmaq istəyərkən 1 milyon itirən eks-məmurun oğlu imiş - FOTO

Hazırda oxunan: Pul qazanmaq istəyərkən 1 milyon itirən eks-məmurun oğlu imiş - FOTO

228760

Valyuta alqı-satqısı həyata keçirməklə yüksək gəlir əldə etmək istəyən üç nəfərin 4 milyon manatdan artıq pulu ələ keçirilib.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, həmin iş üzrə bu gün məhkəmə prosesi başlayıb.

İttihama görə, 33 yaşlı Alışan Nizami Akif oğlu özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib.

Onun əməlindən üç nəfər zərər çəkib. Babək Məmmədzadə 1 milyon 300 min, Zeynal Usubov 945 min, Yadigar İsrafilov isə 200 min dollarını itirib.

Fotoda: Alışan Nizami Akif oğlu


Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Onun hüquqlarını qorumaq üçün vəkil Samir İsayev yenicə işə qoşulub. Bu səbəbdən hələ ki, cinayət işinin məhkəmə baxışına verilməsi müzakirə edilməyib.

İş üzrə başqa bir diqqətçəkən məqam da var. Bu cinayətdə ən çox pul itirən şəxs Babək Məmmədzadədir. Əldə etdiyimiz məlumata görə, Babək “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğludur.

Məhəmməd Məmmədov 2015-ci ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalovla birgə həbs edilmişdi. Milyonlarla mənimsəmədə ittiham edilən Məmmədov şərti cəzaya məhkum edilərək məhkəmə zalından azadlığa buraxılmışdı.

Digər zərərçəkmiş Zeynal Usubov isə əvvəllər prokurorluq orqanlarında işləyib. O, Nərimanov rayon prokurorunun müavini olub.

Fotoda: Zeynal Usubov


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin