Ramal Aslanov hər iki vəzifəsindən AZAD EDİLDİ

Hazırda oxunan: Ramal Aslanov hər iki vəzifəsindən AZAD EDİLDİ

228743

Ötən gün DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum insidentinin "sifarişçisi" kimi saxlanılan, kikboksinq üzrə dünya və Avropa çempionu Ramal Aslanov iki vəzifəsindən azad edilib. 

Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, Azərbaycan Kikboksinq Federasiyasında vitse-prezident olan Ramal Aslanov qurumun prezidenti Orxan Əliyevin qərarı ilə vəzifəsindən kənarlaşdırılıb. 
 

MÖVZU İLƏ BAĞLI:

İdmançıların törətdiyi insidentlə bağlı daha bir nəfər TUTULDU


Bundan əlavə Ramal Aslanov federasiyanın fəxri prezidenti Adil Əliyevin müavini vəzifəsini də itirib. Xatırladaq ki, A.Əliyev həmçinin Suraxanı rayonunun icra başçısıdır. 

Qeyd edək ki, Fuad Zeynalova hücum çəkməkdə şübhəli bilinən Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov və Musa Əhmədov da saxlanılıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin