Miqrasiya Xidmətindən Azərbaycana səfər edən Rusiya vətəndaşlarına MÜRACİƏT

Hazırda oxunan: Miqrasiya Xidmətindən Azərbaycana səfər edən Rusiya vətəndaşlarına MÜRACİƏT

228721

Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasına səfər edən Rusiya Federasiyası vətəndaşları və Rusiya Federasiyasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə müraciət edib. 

Qurumdan Bizim.Media-ya bildirilib ki, Nazirlər Kabinetinin 29 dekabr 2024-cü il tarixli 561 nömrəli Qərarına əsasən, 1 yanvar 2025-ci il tarixindən viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn Rusiya Federasiyası vətəndaşlarının və Rusiya Federasiyasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gündən artıq ola bilməz. 
 

"İl ərzində ölkədə 90 gündən artıq olmaq və ya yaşamaq istəyən Rusiya Federasiyası vətəndaşları və Rusiya Federasiyasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər müvəqqəti olma müddətləri bitənədək qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olduğu təqdirdə, bu müddətin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir. 


1 yanvar 2025-ci il tarixindən ölkə ərazisinə gələn Rusiya Federasiyası vətəndaşlarının və Rusiya Federasiyasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin bu tələbə əməl etmələri zəruridir. 

Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin (012) 919 Çağrı Mərkəzinə, rəsmi sosial şəbəkə hesablarına (facebook, instagram) və ya İctimaiyyətlə Əlaqələr İdarəsinə - [email protected] e-maili vasitəsilə müraciət edə bilərsiniz", - DMX-dən bildirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin