2024-cü ildə dünyada 14-ü qadın olmaqla, 122 jurnalist və media işçisi dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu məlumat Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) tərəfindən açıqlanıb.
Euronews yazır ki, 2024-cü il jurnalistlər üçün ən ölümcül illərdən biri olub. Dekabrın 10-da Beynəlxalq Jurnalistlər Federasiyası ötən il öldürülən mətbuat işçilərinin ilkin siyahısını açqılayıb.
Orada 104 jurnalistin adı yer alıb.
Ondan sonra ilin sonuna qədər keçən 3 həftə ərzində Fələstində 9, Suriyada isə 2 jurnalist öldürülüb.
Bizim.Media