ABŞ-ın “İnter Mayami” komandasının uruqvaylı futbolçusu Luis Suares təqdirəlayiq addım atıb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, 37 yaşlı hücumçu Uruqvayın Syudad de la Kosta şəhərinin Laqomar bölgəsində intihar etməyə cəhd göstərən kişini xilas edib.
Belə ki, ailə probleminə görə intihar etmək qərarına gələn 49 yaşlı şəxsin köməyinə həmin ərazidə tətildə olan L. Suares çatıb. Futbolçu intihara cəhd edən adamla danışdıqdan sonra onu fikrindən daşındırıb.
Xatırladaq ki, Luis Suares ötən il dekabrın 11-də komanda yoldaşları - Messi, Buskets və Alba ilə birgə Bakıda keçirilən tədbirdə iştirak edib.
Bizim.Media