Tarixdə bu gün: 5 yanvar

Hazırda oxunan: Tarixdə bu gün: 5 yanvar

228509

Yanvarın 5-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. 

Bizim.Media xəbər verir ki, Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.

Yanvarın 5-də kimlər anadan olub?

Robert Dyuvall (1931) - ABŞ teatr və kino aktyoru, rejissor, ssenarist, bəstəkar və prodüserdir. O, "Oskar", "Qızıl Qlobus", BAFTA və "Emmi" mükafatlarına layiq görülüb.

Umberto Eko (1932-2016) – İtaliya filosofu, alimi, yazıçısı, semiotika və orta əsr estetikası üzrə mütəxəssisdir.

Dayan Kiton (1946) - ABŞ aktrisası, kinorejissor və prodüserdir. O, "Oskar", "Qızıl Qlobus" və BAFTA mükafatlarına layiq görülüb. Onun filmləri 2,7 milyard dollardan çox gəlir əldə edib.

Merilin Menson (1969) - amerikalı rok müğənni, yazıçı, bəstəkar, aktyor, rejissor və "Marilyn Manson" rok qrupunun daimi lideridir. Onun əsl adı Brayn Hyu Vornerdir.

Bredli Kuper (1975) - amerikalı aktyor, müğənni, rejissor, ssenarist və prodüserdir. O, BAFTA və "Qremmi" mükafatları laureatıdır.

Yanvarın 5-də dünyada baş verən tarixi hadisələr

1731-ci ildə Moskvada ilk küçə işıqları yandırılıb. 1730-cu ilin noyabrında Rusiya İmperiyasının Senatı qışda Moskvanı işıqlandırmaq üçün şüşə fənərlərin istehsalı haqqında fərman verib.

1769-cu ildə şotland mühəndis Ceyms Vatt buxar maşını üçün patent alıb.

1933-cü ildə ABŞ-ın San-Fransisko şəhərində "Qızıl Qapı" körpüsünün tikintisinə başlanılıb. Bu tikinti dörd ildən çox çəkib.

1994-cü ildə Azərbaycan ordusu Füzuli rayonunun 21 kəndini və Horadiz qəsəbəsini erməni işğalından azad edib.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin