Qanunsuz kosmetoloji fəaliyyətə görə klinika cərimələndi - FOTO

Hazırda oxunan: Qanunsuz kosmetoloji fəaliyyətə görə klinika cərimələndi - FOTO

228478

Bakıda lisenziya olmadan özəl tibb fəaliyyəti (kosmetoloji) ilə məşğul olan "VMR Medical Center" MMC ilə bağlı məhkəmə qərar verib.

Bizim.Media qaynarinfo-ya istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi tərəfindən Nərimanov rayonunda fəaliyyət göstərən "VMR Medical Center" MMC-də yoxlama aparılıb.

Aparılan yoxlama zamanı "VMR Medical Center"də lisenziya olmadan kosmetoloji fəaliyyətlə məşğul olma faktı aşkar olunub.

MMC-nin baş direktoru və qanuni təmsilçisi Həsənov Vüsal Şükür oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə "VMR Medical Center" MMC-nin baş direktoru İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 20 min manat məbləğində cərimə olunub.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin