Bu gün saat 11:46 radələrində 1982 və 1999-cu il təvəllüdlü şəxslər (qadın cinsli) başın açıq yarası, belin yüngül əzilməsi, fəqərə sınığı diaqnozları ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib.
Bizim.Media xəbər verrir ki, bu barədə Trend-in soruğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd bildirib.
Onun sözlərinə görə, yaralılara ilkin tibbi yardım göstərilib və zəruri tibbi müayinələrdənkeçirilib.
"Hazırda vəziyyətləri stabil qiymətləndirilir", - o bildirib.
Qeyd edək ki, bu gün saat 10:30 radələrində Bakı-Qazax yolunun 24-cü kilometrində sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib. Belə ki, 99 JZ 185 dövlət qeydiyyat nişanlı "Baku Bus" avtobusu yolun kənarında dayanmış Tacikistan dövlətinə məxsus 77-FF-022 qeydiyyat nişanlı “Volvo” markalı yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində avtobusda olan bir nəfər sərnişin həyatını itirib, iki nəfər isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:24 / 04.01.2025
Bakıda avtobus qəzasında yaralananların vəziyyəti AÇIQLANDI
Hazırda oxunan: Bakıda avtobus qəzasında yaralananların vəziyyəti AÇIQLANDI
Hazırda oxunan: Bakıda avtobus qəzasında yaralananların vəziyyəti AÇIQLANDI
228442
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.