Qazsız qalan Avropanı kim xilas edəcək? – Ümid Azərbaycan və Türkiyəyədir

Hazırda oxunan: Qazsız qalan Avropanı kim xilas edəcək? – Ümid Azərbaycan və Türkiyəyədir

228410

Volodimir Zelenski sonuncu həmləsini etdi. Belə ki, o, Rusiyadan Ukrayna üzərindən Avropaya qaz nəqlini dayandırdı. Daha dəqiq desək, Ukrayna qaz tranziti müqaviləsini uzatmaqdan imtina edərək Avropa İttifaqını Rusiya qazından məhrum etdi.

Nə baş verir?

Yanvarın 1-də Bakı vaxtı ilə səhər saat 8-dən Avropaya Rusiya qazınının Ukrayna üzərindən tranziti dayandırıldı. Buna əsas kimi Rusiya-Ukrayna müqaviləsinin müddətinin başa çatması göstərilir. Hazırda “Qazprom”un bu marşrutla avropalı istehlakçılara qaz vurmağa nə texniki imkanı, nə də hüququ var. Təbii ki, bu, Rusiya üçün böyük itkidir. Amma Avropa İttifaqı da əsas zərərçəkənlərdən biridir. Çünki sərt qış günlərində Rusiya qazının nəqlinin dayandırılması 2025-cü ilin ilk günündə Qərbə əsl Yeni il sürprizidir. “Türk axını”na qoşula bilməyən ölkələrdən Ukrayna tranzitinin dayandırılması ilə əlaqədar Rusiya qazının Slovakiya və Çexiyaya tədarükü sıfıra endirilib. Moldovaya da qaz verilmir. Rusiyadan Avstriya və İtaliyaya vurulan qazın həcmi azalır.

Aİ-nin ümidi “Türk axını”nadır.

Məlum olduğu kimi, Rusiya qazını Avropaya nəql edən ikinci marşrut “Türk axını”dır. Ona görə də, həm Rusiya, həm də Aİ “Türk axını”na ümid yeri kimi baxır.

Doğrudur, Rusiya bu kəmərlə Ukrayna üzündən itirilmiş tədarükünün kompensasiyasını hələ artırmır.

Bu dəhlizlə Bolqarıstan, Macarıstan, Serbiya və Rumıniyaya əvvəlki normal həcmdə qaz vurulur. Lakin yaxın günlərdə “Türk axını”nın əhəmiyyəti kəskin artacaq. Rusiya qazının avropalı alıcılara çatdırılması üçün ötürülən qazın həcmi maksimum dərəcədə çoxaldılacaq. Bu da Türkiyənin Aİ üçün əhəmiyyətini artıracaq. Çünki alternativ boru kəməri marşrutları yoxdur. Beləliklə, bu, Rusiya-Türkiyə münasibətlərində, eləcə də, Türkiyənin Bolqarıstan, Macarıstan və Serbiya ilə əlaqələrində əlavə gücləndirici amil rolunu oynayacaq.

Bəs, Rusiya Azərbaycana üz tutacaq?

İndiki məqamda Rusiya üçün bir neçə variant var. Əgər Aİ Ukraynanı tranzitin bərpasına razı salmasa, o halda Rusiyadan qaz tədarükünü əsasən “Türk axını”na yönəldəcək. Bundan başqa Polşadan keçən Yamal-Avropa boru kəməri və “Şimal axını 2”-nin salamat qalan qolunun işə salınması alternativlər sırasındadır. Amma rusiyalı ekspertlər daha bir ehtimal üzərində çox dayanırlar. Bu da Rusiya qazının yenidən SOCAR-a satılması ilə bağlı razılığın əldə olunmasıdır. Əgər SOCAR razılığa gələrsə, Rusiya qazı Bakı-Tbilisi Ərzurum qaz kəmərinə qoşula bilər. Yəqin ki, Aİ –də bu sövdələşməyə rarzılıq verrmək məcburiyyətində qalacaq.
Əks təqdirdə, Qərb bu qış sözün həqiqi mənasında donacaq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin