Sıxlıq yerlərdə halı pisləşənlərin çoxu niyə GƏNCLƏRDİR? – Professordan MÜHÜM AÇIQLAMA

Hazırda oxunan: Sıxlıq yerlərdə halı pisləşənlərin çoxu niyə GƏNCLƏRDİR? – Professordan MÜHÜM AÇIQLAMA

228356

Son vaxtlar şəhərdə artan sıxlıq demək olar ki, hər yerdə özünü göstərir. Təəssüflər olsun ki, ictimai nəqliyyatda, xüsusən metroda həddən artıq sıxlıq nəticəsində halı pisləşənlər, hətta dünyasını dəyişənlər belə olur. 

Maraqlıdır ki, tünlükdə halı pisləşənlərin çox yaşlılar deyil, daha çox gənclərdir. 

Bəs bu nədən irəli gəlir? Gənclər yaşlılara nisbətən fiziki olaraq daha dözümlü olmalı deyilmi?

Tibb eksperti, professor Adil Qeybulla Bizim.Media-ya açıqlamasında səbəbi gənclərin fiziki dözümsüzlüyünün stress anını yaxşı idarə edə bilməmələriylə əlaqələndirib: 

“Gənclər, xüsusilə oğlanlar arasında fiziki dözümlülüyün olmaması bir neçə amillə bağlıdır. Biz uşaqlarımızı daim ana, ailə  himayəsində böyütmək istəyirik. Buna görə də uşaqlar həyatın çətin anlarında adaptasiya qabiliyyətinə malik olmurlar. Bu da onlarda bəzi stress vəziyyətləri zamanı nevrotik halların yaranmasına səbəb olur. Bütün bunlar sinir sisteminin ekstremal durumlara hazır olmamasının nəticəsidir”.

Professor ikinci səbəb kimi telefon asılılığını qeyd edib: 

“Hal-hazırda telefonlar, sosial şəbəkələr uşaqların, gənclərin  yuxu rejimini xeyli pozub. Onlar bəzən səhərə qədər sosial şəbəkələrdən istifadə edirlər, oyunlar oynayırlar. Bütün bunlar da sinir sistemini pozan səbəblərdəndir.  

Bəzi videolar, filmlər də gənclərdə kiçik yaşdan bəri qorxu ruhunu yaradır”. 

Adil Qeybulla istər gənclərə, istərsə də yaşlı təbəqəyə fiziki möhkəmlik üçün hərəkətliliyi və sağlam qidalanmanı vacib sayıb. 

Nəzrin Mirzəyeva, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin