Balakəndə daha bir ailə evsiz qaldı, ev yiyəsi xəsarət aldı - FOTO

Hazırda oxunan: Balakəndə daha bir ailə evsiz qaldı, ev yiyəsi xəsarət aldı - FOTO

228348

Balakəndə odun sobası çardaqda alovlanmaya çevrilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yanğın rayonun Hənifə kənd sakini 36 yaşlı Məcid Məmmədova məxsus birotaqlı, aynabəndli mənzildə baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, odun sobasının borusu evin çardağında isinərək, əvvəlcə tüstülənmə verib, daha sonradan alovlanıb. Bu zaman mənzildə ev sahibinin xanımı 31 yaşlı Dilarə Məmmədova olub və yanıq xəsarətləri alıb.

Hadisə yerinə Fövqəldə Hallar Nazirliyi Balakən Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi çatandan sonra alovlanmanın qarşısı alınıb, digər tikililər mühafizə olunub.

Hadisə ilə bağlı müvafiq orqan tərəfindən araşdırmalar başlanılıb.




Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin