Autizm beynin inkişafını təsir edən nevroloji vəziyyətdir. Bu vəziyyət, fərdlərin sosial ünsiyyət bacarıqlarını, davranışlarını və maraqlarını fərqli şəkildə göstərməsinə səbəb olur.
Autizm spektrinin xüsusiyyətləri çox genişdir və hər bir insan fərqli dərəcədə təsirlənə bilər. Valideynləri də ən çox narahat edən məsələ xüsusiyyətləri tam olaraq müəyyən edə bilməmələridir. Çünki vaxtında müəyyən edilib diaqnoz qoyulması vacibdir.
Valideynlər uşaqlarındakı hansı davranışlara diqqət göstərməlidirlər?
Pediatr Vaqif Qarayev Bizim.Media bu barədə məlumat verib.
“Autizm son vaxtlar bütün dünyada çoxalıb. Amma bizdə bir balaca qeyri-adi davranışları olan uşağa nədənsə autizm diaqnozu qoyurlar. Bu düzgün deyil. Bəzi davranış və danışıqda olan dəyişikliklərli gördükdə valideynlər diqqətli olmalıdırlar. İki yaşında uşaq danışmırsa, kommunikasiya qurmursa, daim bir oyuncaqla oynayırsa, aqressivdirsə, tez-tez eyni sözü təkrarlayırsa, yaşıdlarından fərqli olaraq nəyisə öyrənməyə meyilli olmursa, o zaman narahat olmaq lazımdır.
Birinci növbədə mütləq sahə pediatrına müraciət etmək lazımdır. Əgər sadaladığım əlamətləri təsdiq edirsə və uşağın davranışında, nitqində problem görürsə, onda psixoloq, psixiatr, nevroloq və pediatr birlikdə müayinə aparıb diaqnoz qoymalıdırlar. Bizdə autizmlə bağlı şişirdilmiş diaqnozlar da kifayət qədər çoxdur”.
Nuray, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:00 / 04.01.2025
Uşaqlarda autizm əlamətlərini necə müəyyənləşdirmək olar? – Həkimdən AÇIQLAMA
Hazırda oxunan: Uşaqlarda autizm əlamətlərini necə müəyyənləşdirmək olar? – Həkimdən AÇIQLAMA
Hazırda oxunan: Uşaqlarda autizm əlamətlərini necə müəyyənləşdirmək olar? – Həkimdən AÇIQLAMA
228334
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.